Azərbaycan Sənaye Bankının (ASB) Müşahidə Şurasında (MŞ) dəyişiklik olub. Bu barədə fins.az-a bankın marketinq departamentinin rəhbəri Rafiq Şahverdiyev bildirib. Onun sözlərinə görə, MŞ-nın üzvlərindən birini – Əhməd Yamanı Savaş Uzan əvəz edib. Savaş Uzan həm də ASB-nin daxil olduğu “Azərsun Holdinq”in baş direktorudur. Hazırda ASB-nin MŞ-na Zeynəb Konyar rəhbərlik edir. MŞ-nın digər üzvü isə AliReza Firouzidir.