Azərbaycanın daha bir bankı «MilliÖN» ödəniş sisteminə qoşulub. Fins.az-ın məlumatına görə, «Muganbank» ASC və «Komtec LTD» arasında imzalanan əmək müqaviləsinə görə, bankın müştəriləri kreditlərini “MilliÖN” terminallarından ödəyə biləcəklər. Qeyd edək ki, hazırda “MilliÖN” şəbəkəsi 3000-dən artıq terminala malikdir və Azərbaycan ərazisində gündən-günə genişlənməkdədir. “MilliÖN” sistemi vasitəsilə kreditlər üzrə ödənişlər dərhal həyata keçirilir və sistemdən istifadə qaydaları çox sadədir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərində nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə xidmət göstərir.