30 Oktyabr

“Azər-Türk Bank” elektron arayış sisteminə qoşuldu

“Azər-Türk Bank” Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat-Hesablama Mərkəzi ilə əməkdaşlığa başlayıb. Fins.az-ın məlumatına görə, söhbət bankın “Elektron hökumət” portalına qoşulmasından gedir. Əməkdaşlıq nəticəsində “Azər-Türk Bank”ın müştəriləri isə əlavə vaxt sərf etmədən, onlayn rejimdə iş yerindən arayış əldə edə və banka təqdim edə biləcəklər.