Yaxın vaxtlarda "Texnika Bank"ın səhmdarlarının tərkibi dəyişəcək. Bu barədə bankın Müşahidə Şurasının sədri Etibar Əliyev məlumat verib. Onun sözlərinə görə, banka yeni investorlar cəlb ediləcək: "Yeni investorların cəlb edilməsi məsələsini nəzərdən keçiririk. Hazırda bankın səhmdarlarının tərkibinə daxil olmaqda maraqlı olan bəzi yerli investorların təkliflərini öyrənirik. Maraq olarsa, xarici investorların da təkliflərinə baxa bilərik".
Mənbə: «Trend»