“Bank Technique” ASC-nin adı dəyişdirilərək “Texnikabank” ASC adlandırılıb. Bankdan verilən məlumata görə, artıq bank bu adla fəaliyyətini davam etdirəcək. Bankın adının dəyişdirilməsi ilə əlaqədar Nizamnaməyə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bank 24 fevral 1994-cü il tarixli 198 nömrəli bank əməliyyatları aparılmasına dair lisenziya uyğun olaraq fəaliyyət göstərir.