“AFB Bank”ın Müşahidə Şurasına və İdarə Heyətinə yeni təyinatlarla əlaqədar bankda ciddi struktur islahatları gözlənilir. Bu barədə fins.az-a bankdan bildirilib.
Məlumata görə, ilk növbədə xərclərin optimallaşdırılması nəzərdə tutulub. Bu məqsədlə “AFB Bank”ın işçilərinin bir hissəsi ixtisar ediləcək. Hazırda bankda təxminən 250 nəfər çalışır.
Hələ ki, bu rəqəmin nə qədər azaldılması dəqiqləşməyib. Maraqlıdır ki, “AFB Bank” işçilərinin sayının azaldılması ilə eyni vaxtda filial şəbəkəsinin genişləndirilməsini də planlaşdırır.
Yaxın vaxtlarda bankın Ağdaş rayonunda yeni filialının açılması planlaşdırılıb. Bununla da “AFB Bank”ın filiallarının sayı 11-ə çatacaq. Bank müştərilərinə həm də 4 şöbəsi ilə xidmət göstərəcək.