“Caspian Development Bank” Azərbaycanın şimal bölgəsində filialını açmağa hazırlaşır. Fins.az-ın məlumatına görə, filial Quba şəhərində fəaliyyət göstərəcək. Artıq onun binası hazır vəziyyətdədir. Bu, bankın ölkə üzrə ilk filialı olacaq. Bundan başqa, “Caspian Development Bank”ın Bakıda və Gəncədə şöbələri fəaliyyət göstərir.
Mənbə: İnterfaks-Azərbaycan