30 Oktyabr

Yeni onlayn ödənişlər portalı işə düşdü

"Modenis MMC" şirkəti “E-manat” ödəniş sisteminin “E-manat.az” ödəniş portalını istifadəyə verib.

Fins.az xəbər verir ki, artıq ödəniş portalı vasitəsilə kommunal xidmət, mobil operator, internet, kabel televiziyası, oyun və s. ödənişləri tez, etibarlı və rahat şəkildə həyata keçirmək olar.

Yeni portalın istifadəyə verilməsi həm elektron ödənişlərə üstünlük verən ödəyicilər üçün etibarlı vasitə təqdim etmək, həm də ölkəmizdə elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsinə dəstək olmaq məqsədi daşıyır. Gün ərzində ödənişlərin aparılması ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur. Ödənişlər üçün istifadəçilərdən komissiya tutulmur.

Mənbə: Azərtac