30 Oktyabr

Banklara 972 milyon manat faiz ödəmişik

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dvörü ilə müqayisədə 5,7% artaraq 33,5 milyard manata çatıb. Bu barədə fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Adambaşlına gəlir artımı isə 4,4% olub ki, bu da qiymət artımından 0,7% bəndi çoxdur.

Əhali gəlirlərinin 76,3%-ni son istehlak xərclərinə, 9,3%-ni vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-ni (972 milyon manata) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib, 11,5%-ni isə yığıma yönəldib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,4 milyard manat və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.