Prezident İlham Əliyev “Azərbaycan Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. Fins.az-ın məlumatına görə, dəyişikliklə Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata çatdırılıb. Həmçinin, sənədə əsasən, Mərkəzi Bankın funksiyalarına ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib etmək, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etmək məsələsi də daxil edilib.