Gələn il “Günaybank”ın 2 yeni filialının açılması nəzərdə tutulub. Bu barədə fins.az-a açıqlamasında bankın İdarə Heyətinin üzvü, Kredit iqtisad departamentinin direktoru Sabir Ağayev məlumat verib. Onun sözlərinə görə, bu məsələ “Günaybank”ın 2016-2018-ci illər üzrə strateji inkişaf planında nəzərdə tutulub: “Hazırda yalnız Bakıda 1 filialımız var. Yeni filiallardan 1-nin paytaxtda açılacağı dəqiqdir. Digər filialın yeri barədə isə hələ qərar verilməyib, ola bilsin ki, bölgələrdə açılacaq”.