30 Oktyabr

“Rabitəbank”ın səhmdarları gələn ilin büdcəsini təsdiq edəcəklər

“Rabitəbank”ın Müşahidə Şurasının 23 noyabr 2015-ci il tarixli qərarına əsasən, gələn il yanvarın 15-də bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Fins.az-ın məlumatına görə, yığıncaq bankın Bakı şəhəri, 28 May küçəsi, 33 ünvanında yerləşən inzibati binasında, saat 17.00-da baş tutacaq. Yığıncağın gündəliyinə 2016-cı maliyyə ilinin proqnoz büdcə planının təsdiq və təşkilati məsələlər daxildir.