Azərbaycanda ipoteka qanunvericiliyinə dəyişikliklərlə ilə bağlı təkliflər hökumətə çoxdan təqdim edilib, lakin təəssüf ki, bu günə qədər təsdiq edilməyib. Fins.az-ın məlumatına görə bu açıqlama ilə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev çıxış edib. Onun sözlərinə görə, halbuki qarşıdakı dövr üçün məqsəd qoyulub ki, ipoteka kreditləşməsinin məbləği artırılsın, şərtlər sadələşdirilsin: “Təbii ki, biz istərdik ki, o vaxta qədər bəzi qanun layihələrinə dəyişikliklər həyata keçirilsin. Elə ölkə prezidentinin bu yaxınlarda İpoteka Fondunun səhmdar cəmiyyətə çevrilməsinə dair fərmanında da bildirilir ki, ipotekaya qoyulmuş əmlaka tələbin yönəldilməsi və hərracların keçirilmiş ilə əlaqədar qanunvericiliyə dəyişikliklər edilsin. Hesab edirəm ki, Azərbaycanın yeni parlamenti bu məsələlərə, əlavə 5 qanuna dəyişikliklərə tezliklə baxacaq və ipoteka kreditləşməsi sürətlənəcək. Əgər sürətli və daha geniş ipoteka istəyiriksə, qanunvericilik təkmilləşdirilməli, təcrübə zamanı ortaya çıxmış boşluqlar aradan qaldırılmalıdır”.