30 Oktyabr

Bank borclu müştərisinin şəklini bloklara yapışdırdı - BAKIDA

Bank pulu gecikdirən şəxsin şəklini bloklara yapışdırır.

Fins.az-ın Banker.az -a istinadən xəbər verir ki, redaksiyaya daxil olan məlumata görə, şəxs yaşadığı binanın bütün bloklarında və bütün mərtəbələrində qonşusunun borclu olduğu haqqında informasiyanın şəkil formasında yapışdırıldığı ilə rastlaşıb. Şəkildə onun qonşusunun borclu olduğu bildirilir və borc vaxtında ödənilməzsə müvafiq hüquqi tədbirlərin görüləcəyi ilə xəbərdar edilir. Baxmayaraq ki, hüquqşünaslar bu addımı qanunsuz hesab edirlər.

Maraqlı nüanslardan biri odurki, qeyd olunan şəkildə bankı adı qeyd olunmayıb.