“Media Consulting and Services” şirkəti bu ilin noyabr ayında Azərbaycan mətbuatında adı ən çox hallanan bankların adlarını açıqlayıb. Fins.az-ın şirkətə istinadən yaydığı məlumata görə, ötən ay kütləvi informasiya vasitələrində bank mövzusuna 20 778 dəfə toxunulub. Ən çox xəbər ətrafındakı ajiotaj hələ də səngiməmiş “Azərbaycan Beynəlxalq Bankı” haqqında verilib – 2031 dəfə. 2-ci yeri tutmuş “AGBank” 888 dəfə, “Texnikabank” 746 dəfə mətbuatın yadına düşüb. “Məşhur” olmasına görə ilk 5-liyi “Kapital Bank” (655 dəfə), “Unibank” (496 dəfə) şirkətləri tamamlayıb.