30 Oktyabr

Amerika bankı manatla bağlı proqnozunu açıqladı

"Azərbaycan Mərkəzi Bankının manatın kursunu istənilən yolla sabit saxlamaq istəyi ona baha başa gəlib".

Amerikanın ən nüfuzlu banklarından biri “Bank of Amerika Merrill Lynch” Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırır.

Bu haqda “Forex ProFinance Service” (www.forexpf.ru) məlumat yayıb.

Məlumatda deyilir ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub. Kanada dollarından Norveç kronuna, Qazaxıstan təngəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib.

Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edirlər. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib.

Avqust ayında neftin qiyməti 2009-cu ildən bəri ən aşağı həddə düşəndə Qazaxıstan da Rusiyanın nümunəsi ilə gedib. Təngənin kursunu sərbəst buraxıb. Nəticədə qazax milli valyutası bir gündə 30 faizə yaxın dəyər itirib. Sonrakı aylarda da təngənin kursu zəifləməkdə davam edib.

Lakin bütün bu baş verənlərin fonunda Azərbaycan manatının kursu dəyişməz qalıb. Azərbaycan Mərkəzi Bankı (AMB) fevral ayında qəfil devalvasiya həyata keçirdi. Bu, ixracın əsas hissəsini neftin təşkil etdiyi ölkəyə baha başa gəldi. Ancaq sonrakı müddətdə Mərkəzi Bank manatın kursunu strateji valyuta ehtiyatlarından bazara intervensiya etməklə sabit saxlayıb.

“Bank of America” qeyd edir ki, Azərbaycan manatın məzənnəsini qorumaq üçün öz ehtiyatının 25 faizini sərf edib. Lakin ABŞ bankı hazırki vəziyyətdə bu siyasətin davam etdirilməsinin real olmadığını bildirib. Bank manata yenidən 30-35 faiz devalvasiya lazım olduğunu qeyd edib.

Belə bir proqnoz verərkən Bank of America iki amili - neftin qiymətinin düşməsini və qonşu ölkələrin milli valyuta məzənnəsinin enməsini nəzərə aldığını bildirib.

“İndiki situasiyada, neftin qiymətinin düşmə tendensiyasını davam etdirdiyi bir vaxtda bu monetar siyasətin davam etdirilməsi qeyri-real görünür. “Bank of America” hesab edir ki, Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir”- deyə məlumatda bildirilir.

Qeyd edək ki, noyabrda AMB-nin valyuta ehtiyatları daha 589 milyon dollar azalıb. 30 Noyabr 2015-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 245.6 milyon dollar təşkil edib.

Fins.az Banka istinadən xəbər verir ki, bu, Oktyabr ayının sonu ilə müqayisədə 589 milyon dollar azdır. 30 Oktyabrda valyuta ehtiyatları 6 milyard 834.6 milyon dollar idi.

60 FAİZƏ YAXINI "ƏRİDİ"

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin İyul ayında 15 milyard 193,4 milyon dollara çıxmışdı. Həmin məbləğ ilə müqayisədə valyuta ehtiyatları 8 milyard 947,8 milyon dollar və ya 59% "əriyib"

Qeyd edək ki, Azərbaycanda manatın 36%-ə yaxın devalvasiyası bu ilin fevral ayında baş verib. Dolların kəskin bahalaşması, manatın ucuzlaşması nəticəsində bir sıra sahələrdə, o cümlədən sığorta, bank sektorunda problemlər yarandı. Eyni zamanda problemli kreditlərin artması da kommersiya banklarının fəaliyyətinə mənfi təsir etdi.

Bundan başqa, bir sıra müəssisələrdə xərclərin azaldılması məqsədilə ixtisarlar aparıldı, bəzi xərclər, layihələr təxirə salındı.


The Bank of America expects Azerbaijan to finally abandon its peg to the USD in the "near future”, the bank’s economist Vladimir Osakovskiy said in a note to clients.

"As oil prices have failed to recover and will likely remain depressed in the near future, we think the peg is unsustainable and should eventually force the Central Bank of Azerbaijan to proceed with another major adjustment,” Osakovskiy said.
"The country has lost nearly a quarter of its total reserves and nearly two-thirds of liquid FX CBAz reserves since their peak in mid-2014 defending the AZN peg, as we think the decline will continue on the back of the new leg down in oil prices. FX adjustment will likely take the form of another one-off 30-35% devaluation to catch up with RUB and KZT, or a full shift to a free floating regime, like in Russia or Kazakhstan.
"The move should happen soon, but could be delayed on the back of tentative stabilization of the FX market or oil recovery.”
Mənbə: Fins.az, Marja.az