“United Credit Bank” kredit verilişini və digər bank xidmətlərini gələn ilin 1-ci yarısında bərpa edəcək. Bu barədə fins.az-a faktiki fəaliyyət göstərməyən “United Credit Bank”dan bildirilib. Bankda deyirlər ki, hazırda rəhbərlik diqqətini vaxtı keçmiş kreditlərin yığılmasına yönəldib: “Hələ ki, yığımla məşğuluq. Problemli kreditlərlə bağlı məsələni yoluna qoyandan sonra yenidən kredit verməyə başlayacağıq. Bu ilin sonuna qədər bank heç bir xidmət göstərməyəcək, gələn ilin ortalarına qədər yəgin ki, fəaliyyətimizi bərpa edəcəyik”.