“Unibank” kredit tarixçəsi müsbət olan müştəriləri üçün “Albalı Plus” kartlarından kredit xətti kimi istifadəyə qoyduğu limiti aradan qaldırıb. Bu barədə fins.az banka istinadən xəbər verir.
Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycanda baş vermiş kəskin devalvasiyadan bir qədər sonra, aprel ayında “Unibank” “Albali plus” vasitəsilə nağdlaşdırmaya limit qoymuşdu.
Belə ki, bankın müştərilərinə kartla bankomatdan həftədə maksimum 200 manat çıxarmağa icazə verilirdi. Hazırda isə müsbət tarixçəli müştərilər kartdakı bütün məbləği nağdlaşdıra bilirlər.