Bu gün “Texnikabank”ın səhmdarlarının ümumi yığıncağı keçirilib. Bankdan fins.az-a verilən məlumata görə, yığıncaqda qurumun Müşahidə Şurası (MŞ) üzvlərini sayı 3-dən 5-ə çatdırılıb. Yeni üzvlər Yelmar Əmirxan oğlu İskəndərov və Allahverdi Hüseyn oğlu Dəmirovdur. MŞ-na Etibar Mahmud oğlu Əliyev rəhbərlik edir.