30 Oktyabr

“Bank Standard”ın aktivləri 5% artıb

Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, “Bank Standard”ın aktivləri 1 milyard 187,1 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 4,6% artaraq 1 milyard 131 milyon manat, cəmi kapitalı isə 1,4% artaraq 56,1 milyon manat olub.

Kredit portfeli 10% böyüyüb

9 ayın yekunlarına görə, “Bank Standard”ın kredit portfeli 899,5 milyon təşkil edib. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 9,6% çoxdur. Bankın əmanət portfeli isə 5,1% azalaraq 733,8 milyon manata düşüb.

Gəlir və xərclərini açıqladı

Hesabat dövründə “Bank Standard”ın faiz gəlirləri 9,7% artaraq 68 milyon 561 min manat, faiz xərcləri 8,6% azalaraq 57 milyon 237 min manat, qeyri-faiz gəlirləri 2,5 dəfə artaraq 23 milyon 177 min manat, qeyri-faiz xərcləri isə təxminən 3 dəfə artaraq 35 milyon 738 min manat olub. Son nəticədə bank 1 milyon 237 min manat ziyana düşüb.