Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycanda 83,2 milyon manat məbləğində ipoteka krediti verilib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat və yaxud 1,5% çoxdur.
10 ayın yekunlarına görə, ipoteka kreditlərinin orta məbləği 40 783 manat olub. Bu isə 1 ilə əvvələ nisbətən 734 manat və yaxud 1,8% çoxdur.
Son 1 ildə ipoteka kreditlərinin müddətində ciddi dəyişiklik baş verməyib. Əgər 2014-cü ilin yanvar-oktyabr aylarına bu müddət 279 ay idisə, hazırda 280 aydır. İpoteka kreditlərinin orta illik faiz dərəcəsi isə 6,82%-dən 6,71%-ə düşüb.
İpoteka kreditlərinə görə aylıq ödəniş məbləği də azalıb – 319 manatdan 297 manata qədər.