Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13,6% olub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 13,7%-lə, xarici valyutada kreditlər isə 13,4%-lə verilib.
Ölkədə ən bahalı kreditlər həmişəki kimi cənub bölgəsində - Lənkəran iqtisadi rayonunda ayrılır – illik 23,6%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Aran (22,6%) və Dağlıq Şirvan (22,5%) iqtisadi bölgələri dayanır.
Kreditlərin orta illik faiz dərəcəsi Quba-Xaçmazda 21,6%, Şəki-Zaqatalada 21,5%, Yuxarı Qarabağda 19,3%, Gəncə-Qazaxda 18,8%, Abşeronda 18,6%, Kəlbəcər-Laçında 16,4%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 12,2% və isə 13,3%-lə.
Regionun adı
|
Kreditlərin orta illik faiz dərəcəsi
|
|
2015-ci ilin əvvəli
|
2015-ci ilin 10 ayı
|
|
Azərbaycan |
13,7% |
13,6% |
Bakı |
12,3% |
12,2% |
Abşeron |
18,3% |
18,6% |
Aran |
21,3% |
22,6% |
Dağlıq Şirvan |
23,2% |
22,5% |
Gəncə-Qazax |
21,7% |
18,8% |
Quba-Xaçmaz |
20,1% |
21,6% |
Lənkəran |
22,9% |
23,6% |
Şəki-Zaqatala |
21,1% |
21,5% |
Yuxarı Qarabağ |
20,8% |
19,3% |
Kəlbəcər-Laçın |
25,6% |
16,4% |
Naxçıvan |
13,8% |
13,3% |
Maraqlıdır ki, AMB-nin kreditlərin ucuzlaşdırılması bağlı səylərinə baxmayaraq ötən 10 ay ərzində kreditlərin orta illik faiz dərəcəsi cəmi 0,1% azalıb. Ayrı-ayrı regionlara gəlincə, 6 bölgədə kreditlər bahalaşıb, 5 bölgədə isə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 9,2% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,1%, Dağlıq Şirvanda 0,7%, Gəncə-Qazaxda 2,9%, Yuxarı Qarabağda 1,5%, Naxçıvanda isə 0,5% olub.
Bəzi regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 0,3%, Aranda 1,3%, Quba-Xaçmazda 1,5%, Lənkəranda 0,7%, Şəki-Zaqatalada 0,4%-dir.