30 Oktyabr

"Kapital Bank"ın reytinqləri geri çağırıldı

"Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Kapital Bank” ASC-nin reytinqlərini geri çağırıb. Bu barədə agentlikdən məlumat verilib.

Bununla belə, agentlik “Kapital Bank”ın uzunmüddətli emitent defolt reytinqini (EDR) “BB-” səviyyəsində sabit proqnozla təsdiq edib.

“Reytinqlərin geri çağırılmasına səbəb bankın reytinq prosesində iştirakını dayandırmasına dair qərar qəbul etməsi olub”, - deyə məlumatda qeyd olunur.

“Kapital Bank” Azərbaycanda 140 ildir fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).

Mənbə: İnterfaks-Azərbaycan