30 Oktyabr

Banklar 1 aya 238 pos-terminalı ləğv edib

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycanda pos-terminalların sayı 76 932 olub. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-sentyabr aylarının yekunları ilə müqayisədə 238 ədəd azdır. Pos-terminalların azalması özünü həm Bakıda, həm də regionlarda göstərib. Belə ki, banklar paytaxtda pos-terminalların sayını 48 478-dən 48 278-ə, regionlarda isə 28 692-dən 28 654-ə qədər azaldıblar.

Pos-terminallar azalsa da, bankomatlar artıb. Belə ki, 10 ayın yekunlarına görə, ölkədə 2711 bankomat olub. Bu da 9 ayın yekunları ilə müqayisədə 4 ədəd çoxdur. Yeni bankomatların 3-ü Bakıda, 1-i isə bölgələrdə quraşdırılıb. Hazırda paytaxtda 1525, regionlarda isə 1186 bankomat var.