30 Oktyabr

Bank sektorunun aktivləri azalıb

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycan banklarının aktivləri 27 milyard 772,7 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-sentyabr aylarının yekunları ilə müqayisədə 1,5% azdır. Bununla belə, son 1 ildə bank sektorunun aktivləri 16%, ilin əvvəlindən isə 10,3% artıb.