Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycan banklarının məcmu kapitalı 4 milyard 92,1 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-sentyabr aylarının yekunları ilə müqayisədə cəmi 0,1% çoxdur. Son 1 ildə məcmu kapital göstəricisi 2,4% artsa da, ilin əvvəlindən 4,2% azalıb.