“Expressbank” müştərilərinə sərfəli şərtlərlə mikro kreditlər təklif edir. Bankdan fins.az-a verilən məlumata görə, “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500 manatdan 30 min manata qədər, maksimal müddəti 36 ay olmaqla, illik faiz dərəcəsi isə 21%-dən başlayır.