“Naxçıbanbank” müştərilərə nağd pul və biznes kreditlərinin verilməsini dayandırıb. Bu barədə fins.az-a bankın Naxçıvan şəhərindəki baş ofisindən bildirilib. Bankda kreditləşməyə fasilə verilməsini ilin sonunun yaxınlaşması ilə izah edirlər: “Hər il ilin sonuna yaxın kredit verilməsi dayandırırlar, rəhbərlik vəziyyətə baxır, şərtləri bir daha nəzərdən keçirir, bir də yanvarın 15-dən yenidən kredit verilməsinə başlanır”.
Bununla belə, “Naxçıvanbank”da kreditləşmə tamamilə dayandırılmayıb. Hazırda baş ofisdən avtomobil kreditlərini, eləcə də bankın daxili proqramı çərçivəsində verilən ipoteka kreditlərini əldə etmək olar. Bu növ kreditlər bankın filiallarında verilmir.
Onu da qeyd edək ki, "Naxçıvanbank" Azərbaycanda manatla ən ucuz kredit verən bankdır.