Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla 2016-2018-ci illərdə əməkdaşlığı nəzərdə tutan biznes-planı təsdiq edib . Fins.az-ın banka istinadən yaydığı məlumata görə, AİB yaxın 3 il ərzində ölkəmizə 2,24 milyard dollar kredit ayırmağı planlaşdırır.
Layihələrin Azərbaycan hökumətinin payı da nəzərə alınmaqla dəyəri isə 3,08 milyard dollardır. Söhbət avtomobil və dəmir yolu, eləcə də energetika layihələrindən gedir. Bundan başqa, AİB 2016-2017-ci illərdə ölkəmizə 3,8 milyon dollar məbləğində texniki yardım göstərəcək.