30 Oktyabr

Azərbaycan bankları informasiya texnologiyalarına pul qoyacaq

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən informasiya texnologiyaları üzrə ekspert qrupunun ilk iclası keçirilib. ABA-dan fins.az-a verilən məlumata görə, qrupun yaradılmasında əsas məqsədi banklarda xərclərin optimallaşdırılması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin və əməliyyatların sürətinin artırılması üçün zəruri proqram təminatlarının nəzərdən keçirilməsi, xarici təcrübəyə əsaslanaraq yeni tətbiqlərin banklarda istifadə edilməsinin davam etdirilməsi istiqamətində fəaliyyətin koordinasiyasından ibarətdir.

Həmçinin Qrupda Informasiya Texnologiyaları sistemlərinin tətbiqi və idarə olunması, Informasiya təhlükəsizliyi, bank əməliyyat sistemləri, yerli və xarici İT şirkətlərlə iş aparılması, rəqəmsal texnologiyalarla əlaqədar yerli bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə innovativ yanaşmaların öyrənilməsi, əlaqədar standartların hazırlanmasında iştirak və digər bu qəbildən olan fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.