Yanvarın 21-də “Kapital Bank”ın baş ofisində bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, iclasda “Kapital Bank”ın Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklərin edilməsi məsələsinə baxılacaq. Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,86%-i “PAŞA Holdinq”ə məxsusdur. Bankın MŞ-na Cəlal Qasımov rəhbərlik edir.