Azərbaycanda ən çox işçisi olan 5 bankın adı açıqlanıb. Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, siyahıda 1-ci yerdə “Dəmirbank” qərarlaşıb. Bu bankda hazırda 1034 nəfər çalışır. “Muğanbank” 937 nəfərlə 2-ci, “Zaminbank” isə 694 nəfərlə 3-cü yerdədir. İlk 5-liyi 627 nəfərlə “Rabitəbank” və 480 nəfərlə “Turanbank” tamamlayır. Bununla beləı, renkinqdə yalnız işçilərinin sayını açıqlamış banklar öz əksini tapıb. Göründüyü kimi, geniş filial şəbəkəsinə malik banklar siyahıda qeyd olunmayıb.