30 Oktyabr

Daha bir bank elektron arayış sisteminə qoşulacaq

“Kapital Bank” “Elektron Hökumət” portalının elektron arayış xidmətinə qoşulmaq niyyətindədir. Fins.az-ın məlumatına görə, bu məsələ bankın İdarə Heyətinin sədr müavini Fərid Hüseynovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin rəhbərliyi ilə keçirdiyi görüşdə müzakirə olunub. Artıq tərəflər çərçivə razılaşması əldə ediblər. Növbəti mərhələlərdə görüşlərin mütəxəssislər səviyyəsində davam etdirilməsi planlaşdırılıb.