30 Oktyabr

Moody’s “Unibank"ın reytinqini təsdiqləyib

“Moody’s Investors Service” Beynəlxalq agentliyi “Unibank” ASC- nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “stabil” kimi təsdiqləyərək, bankın 2014 -cü ildən bu günə qədər reytinqini «B2» səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib. Bankdan fins.az-a verilən məlumata görə, Moody’s ekspertləri Unibank-ın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı kapitallaşması, adekvat idaretmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

Beynəlxalq reytinq agentliyinin ekspertləri Unibank-ın reytinqinin artırılmasının mümkünlüyünü istisna etmir və bunun maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər. Xatırladaq ki, bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də Unibank-ın reytinqini əvvəlki səviyyədə- stabil olaraq təsdiqləyib. “Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin əvvəlki həddə saxlanılması bankın pərakəndə və mikro-kreditləşməni sürətləndirilməsində böyük rol oynaması ilə də əlaqədardır.