Azərbaycanda dolların qiyməti 50 faiz artıqdan sonra valyutadəyişmə məntəqələri dolların alış və satışında yeni qiymətləri tətbiq etməyə başlayıb.
Fins.az-ın məlumatına görə, “Qafqazinfo”nun əməkdaşı bununla bağlı valyutadəyişmə məntəqələrində müşahidə aparıb. Bəlli olub ki, bir sıra məntəqələrdə yeni məzənnə qiymət lövhələrində əks olunsa da, hələlik dolların alış və satışı həyata keçirilmir. Məntəqə rəhbərləri bununla bağlı təmsil etdikləri bankların rəhbərliyindən cavab gözlədiklərini bildiriblər.