Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Amrahbank”-ın istiqraz emissiyasını qeydə alıb. Fins.az-ın QKDK-ya istinadən yaydığı məlumata görə, hərraca hər birinin nominal dəyəri 100 dollar olan 100 min istiqrazın (10 milyon dollarlıq) çıxarılması nəzərdə tutulub. İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.