“Amrahbank”ın istiqraz emissiyasının paramentləri açıqlanıb. Bakı Fond Birjasından fins.az-a verilən məlumata görə, bankın istiqrazları 6 il 1 ay tədavüldə olacaq və illik 9% gəlir gətirəcək. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri “AzFinance Invest” QSC-dir. Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Amrahbank”ın istiqraz emissiyasını ötən gün qeydə alıb.