Azərbaycanda bank əmanətlərinin sığortalanması üçün banklardan sığorta haqqı yeni qaydada tutulacaq. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib. Onun sözlərinə görə, söhbət bankların müxtəlif risk qrupuna bölünməsi və sığorta haqqının da risk qrupu üzrə tutulmasından gedir: “Banklar sığorta hadisəsinin baş verməsi riskli baxımından qiymətləndiriləcək. Hansı bankda bu risk yüksəkdirsə, o bank sığorta haqqını çox, hansı bankda risk aşağıdırsa, o bank sığorta haqqını az ödəcəyəcək. Yəni, diferensial risk sisteminə keçid planlaşdırılır. Hazırda isə banklar illik 0,5% sığorta haqqı ödəyərək əmanətləri sığortalayırlar”.