30 Oktyabr

“PAŞA Bank”dan Türkiyədəki törəməsinə 18 milyon dollarlıq yatırım

Türkiyənin Bank Tənzimləməsi və Nəzarət Təşkilatının razılığı ilə Azərbaycanın “PAŞA Bank”ı bu ölkədəki törəməsi olan “PAŞA Yatırımn Bankası”ndakı payını artırıb. Fins.az-ın türk mətbuatına istinadən məlumatına görə, bunun üçün “PAŞA Yatırım Bankası”nın səhmdarlarından olan “Aksoy Holding” bankdakı 20%-lik payını “PAŞA Bank”a satıb. Sövdələşmənin dəyəri 51 milyon türk lirəsi və yaxud təxminən 17,5 milyon dollardır. Bu alqı-satqıdan sonra “PAŞA Bank”ın Türkiyədəki törəməsində payı 79,92%-dən 99,92%-ə yüksəlib.