Azərbaycan Banklar Assosiasiyası (ABA) dollar kreditlərinin köhnə məzənnə ilə ödənilməsinə müsbət yanaşır. Fins.az xəbər verir ki, bu barədə ABA-nın sədri Zakir Nuriyev məlumat verib. Onun sözlərinə görə, bunun üçün Azərbaycan Mərkəzi Bankı (AMB) manatın təkrar devalvasiya nəticəsində əldə etdiyi təxminən 3 milyard manatlıq vəsaitin bir hissəsini bu məqsədlə sərf etməlidir: “Bu günlərdə mətbuatda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri tərəfindən də belə bir təklif səsləndi. Hesab edirik ki, belə bir təklif hökumət tərəfindən qəbul edilərsə, bu həm bankların, həm də borclanların vəziyyətin müsbət təsir edər”.