30 Oktyabr

Banklar kreditlərə görə cərimə və dəbbə pulunu silməyi təklif edir

Azərbaycanda manatın təkrar devalvasiyasından sonra ölkə bankları dollarla krediti olan müştərilər üçün bir neçə təkliflə çıxış edir. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib. Onun sözlərinə görə, söhbət əsasən kreditlərin müddətinin uzadılmasından, yeni ödəniş qrafikinin tərtib edilməsindən, eləcə də gecikdirilmiş kreditlərə görə hesablanmış cərimə və dəbbə pulunun silinməsindəb gedir.