30 Oktyabr

Əhalinin bütün əmanətləri 3 illik sığorta olunacaq

Azərbaycanda həm sadə vətəndaşların, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmanətlərinin 3 il müddətinə, tam şəkildə sığortalanması təklif olunur. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev ATV-nin "İqtisadi zona" verilişində bildirib. Onun sözlərinə görə, bununla bağlı təkliflər paketi Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanaraq ABA-ya təqdim edilib, bankların müzakirəsindən sonra aidiyyəti dövlət qurumlarına göndərilib. Yaxın vaxtlarda bu təklifləri özündə qanun layihəsinin qəbul edilməsi - əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyin dəyişdirilməsi gözlənilir.