“Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov bankın nizamnamə kapitalındakı payını 54,78%-dən 56,91%-ə qədər artırıb. Bu barədə fins.az “Trend”ə istinadən xəbər verir. Bankın digər səhmdarlarına gəlincə isə, nizamnamə kapitalında Zemfira Cəfərova 4,41%, minoritar səhmdarlar 2,15%, Avropa Yenidənqurma və İnkişaf Bankı 12,15%, “DEG” - Almaniya İnvestisiya Korporasiyası isə 6,68% paya malikdir.