30 Oktyabr

“Azsığorta”nın sahibi “Bank of Baku”nun 31%-nə sahib oldu

“Bank of Baku”nun səhmdarlarının bankdakı pay bölgüsü dəyişib. Fins.az-ın məlumatına görə, bununla bağlı qərar bankın səhmdarlarının bu il, mayın 22-də keçirilmiş ümumi yığıncağında qəbul edilib.

Qərara əsasən, bankın səhmdarlarından Hikmət Abuzər oğlu İsmayılovun nizamnamə kapitalındakı iştirak payı 10% artırılaraq 31,11%-ə çatdırılıb. Bunun üçün “Türkiyənin “NAB Holdinq Anonim Şirkəti”nin bankdakı payı 40%-dən 35%-ə, Elçin Həmid oğlu İsayevin payı isə 10%-dən 5%-ə qədər azaldılıb. “Azpetrol Neft Şirkəti” MMC-in payı isə dəyişməyib - 28,89%.

Xatırladaq ki, Hikmət İsmayılov “Azsığorta” şirkətinin 100% səhmdarıdır.

Hazırda “Bank of Baku”nun nizamnamə kapitalı 52,87 milyon manatdır.