Devalvasiyadan sonra ipoteka krediti şərtləri daha da yumşaldılıb.
Fins.az “Marja”ya istinadən xəbər verir ki, bir sıra tikinti şirkətləri ipoteka ilə mənzilləri ilkin ödənişsiz satmağa başlayıblar.
Bu gündən etibarən “Kristal Abşeron” şirkəti ilkin ödənişsiz, 20 illik kredit müddəti ilə, illik 8% olmaqla tam təmirli mənzillərin ipoteka ilə satışlna başlayıb. İpoteka manat ilə verilir.
“Kristal Abşeron” Bakı, Sumqayıt və Xırdalan şəhərlərində binalar tikir.
Qeyd edək ki, tikinti şirkətləri 21 Dekabrdakı devalvasiyadan sonra qiymətləri qaldırmışdılar.