30 Oktyabr

Beynəlxalq Bankda bomba həyacanı- YENİLƏNİB

“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Quba filialına bomba qoyulması barədə məlumat yalandır. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bunu ABB-dən deyiblər. Bankdan bildiriblər ki, filial artıq normal iş rejiminə qayıdıb: "Bu gün naməlum şəxs banka zəng edərək ABB-nin Quba filialına bomba qoyulması barədə məlumat verib. Bankın təhlükəsizlik xidməti hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Görülmüş işlər nəticəsində bomba barədə məlumat təsdiqini tapmayıb. Hazırda zəngin haradan daxil olduğu araşdırılır”.

***

"Azərbaycan Beynəlxalq Bankı”nın Bakıdakı mərkəzi ofisinə bankın Quba filialına bomba qoyulması ilə bağlı məlumat daxil olub. Fins.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, Quba Rayon Polis İdarəsinin əməkdaşları bankın ofisini nəzarətə götürüb, işçilər binadan kənarlaşdırılıb, hazırda əməliyyat tədbirləri davam etdirilir. Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, Beynəlxalq Bankın filialı nəzarət altındadır.