30 Oktyabr

Manat lari qarşısında da ucuzlaşdı

Manatın ucuzlaşması onun Gürcüstanın milli valyutası olan lari qarşısında da dəyər itirməsinə səbəb olub. Fins.az xəbər verir ki, son bir neçə gündür manatın məzənnəsi lari qarşılığında enməkdədir. Dekabrın 28-də isə lari-manat məzənnəsi hətta bir neçə dəfə dəyişib.

Belə ki, dekabrın 28-nə olan məlumata görə, səhər saatlarında 1 manat 1,80 lari ətrafında dəyişdirilib. Sonradan manatın məzənnəsi əvvəlcə 1,6 lariyə, günorta saatlarında isə 1,4 lariyə enib.

Ucazlaşma bu gün də davam edib. Nəticədə bu gün Tiflisdə valyuta dəyişmə məntəqələrində və banklarda 1 manat 1,32 lariyə dəyişilir.

Amma Azərbaycan-Gürcüstanın sərhəd keçid məntəqəsində manat daha ucuz qəbul edilir. Belə ki, burada pərakəndə şəkildə valyuta dəyişən şəxslər manatı 1,05 lari məzənnəsi ilə dəyişirlər.

Xatırladaq ki, ilk devalivasiyadan əvvəl 1 manat 2,30 lari idisə, devalivasiyadan sonra böyük fərq olmamışdı və 2,15 lariyə dəyişmək mümkün idi.