30 Oktyabr

Mərkəzi Bank dollara tələbatın 50%-ni ödəyib

Məlumata görə, bu gün keçirilən hərracda AMB kommersiya banklarının sifariş və qiymət təklifləri əsasında 100 mln. ABŞ dolları həcmində valyuta kütləsi satıb. Nəticədə, AMB kommersiya banklarının dollara olan cari tələbatının 50%-ni (dekabrın 28-də - 46%) ödəyib.

"Bu məbləğin isə qısa zaman ərzində müştərilərə satılacağı və artıq axsam saatlarında valyutadəyişmə məntəqələrində satışının azalacağı, satış məzənnəsinin isə bir qədər də artəcəğı gözlənilir", - deyə "Report"un analitikləri qeyd ediblər.

Xatırladaq ki, hazırda əksər banklarda nağd dolların satışı 1,65-1,70 AZN/USD məzənnəsi ilə aparılır, satışın həcmi isə 500-1000 dollarlıq məbləğlə məhdudlaşdırılıb.

Mənbə: Report