Azərbaycan banklarının əksəriyyəti xarici valyutanın satışını dayandırıb. Fins.az-ın məlumatına görə, buna səbəb tələbatın çox olması ilə əlaqədar dollar və avro çatışmazlığının yaranması, eləcə də xarici valyutanın gələcək qiyməti ilə bağlı qeyri-müəyyən vəziyyətinin hökm sürməsidir.
Buna görə də, bankların çox dollar və avro almaq istəyən müştərilərinə “Yox” cavabı verir. Bəzi banklarda isə satış limitlə - adambaşına 500-1000 dollardan və yaxud avrodan çox olmamaq şərti ilə həyata keçirilir.
Valyuta satmayan banklar bunlardır:
- «AFB Bank»
- «Azərbaycan Beynəlxalq Bankı»
- «Bank Avrasiya»
- «Bank Respublika»
- «Bank Silk Vey»
- «Caspian Development Bank»
- «Muğanbank»
- «Amrahbank»
- «Ata Bank»
- «Bank of Baku»
- «Qafqaz İnkişaf Bankı»
- «Parabank»
- «Xalq Bank»
- «İran Milli Bankının Bakı filialı»
- «Yapı Kredi Bank»
- «Bank BTB»
- «Texnikabank»
- ...
Qeyd edək ki, siyahı yenilənir.