30 Oktyabr

Dollar limitlə satıla bilər

Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına məktub göndərib. Fins.az-ın "Marja"ya istinadən yaydığı məlumata görə, Mərkəzi Bank kommersiya banklarına valyuta satışını məhdudiyyətlə də olsa, bərpa etməyi tapşırıb. Məktubda banklara maksimum 1000 dollara qədər dollar satılması barədə göstəriş verilib. Bundan başqa, Mərkəzi Bank, əhalinin dollara olan təlabatının bir hissəsini ödəmək üçün gündəlik hər banka 10 milyon dollaradək valyuta satacaq.

Bir qədər əvvəl isə AMB əhalinin nəzərinə çatdırıb ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar: "Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib. Bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib" - deyə qurumun açıqlamasında bildirilir.